Azərbaycan-İran sərhəddində atışma olub

Azərbaycan-İran sərhəddində atışma olub

Iyulun 3-də Azərbaycan-İran sərhədində baş vermiş atışma nəticəsində azərbaycanlı sərhədçi, leytenant Rüfət Quliyev həlak olub.

Iyulun 3-də Azərbaycan-İran sərhədində baş vermiş atışma nəticəsində azərbaycanlı sərhədçi, leytenant Rüfət Quliyev həlak olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, insident Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Bir qrup silahlı şəxs İran tərəfdən sərhəddi pozub və qəflətən sərhədçilərə atəş açıb. Nəticədə leytenant Quliyev ölümcül yaralanıb və zastavaya aparılan zaman yolda vəfat edib. Sərhəd pozucuları İran ərazinə qaçıbr.

İnsidentlə bağlı əməliyyat-istintaq tədbirləri aparılır.