Azərbaycan prezidenti amerikalı həmkarı ilə görüşəcək

Azərbaycan prezidenti amerikalı həmkarı ilə görüşəcək

Görüş İlham Əliyevin BMT Baş Assambleyasına səfəri zamanı baş tutacaq

Sentyabrın 24-ü ABŞ prezidenti Barak Obama azərbaycanlı həmkarı İlham Əliyevlə Nyu-York şəhərində görüşəcək. ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin müavini Ben Rodesin açıqlamasına görə, prezidentlərin görüşü zamanı müzakirə olunacaq məsələlər arasında ABŞ-ın Əfqanıstandakı missiyası da var.

Qeyd edək ki, görüş Azərbaycan prezidentinin BMT-nin Baş Assambleyasına səfəri zamanı baş tutacaq. Bu, 2003-cu ildən hakimiyyətdə olan İlham Əliyevin Birləşmiş Ştatlara ikinci rəsmi səfəridir.Cənab Əliyev prezident kimi ABŞ-a ilk dəfə 2006-cı ildə səfər edib.