Azərbaycan prezidenti Amerika nəqliyyat komandanı ilə görüşüb

General Freyzer terrorizmə qarşı mübarizədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib

Mayın 3-də prezident İlham Əliyev Nyu-Yorkda ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşüb.
Cənab Freyzer Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib.
İki ölkə arasında əməkdaşlığın uğurlu və səmərəli olduğunu deyən prezident Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.