Azərbaycan klubları Avropada kimlərlə qarşılaşacaq?

Azərbaycan klubları Avropada kimlərlə qarşılaşacaq?

Bu gün EUFA-nın İsveçrənin Nyon şəhərindəki baş qərargahında Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərində mübarizə aparacaq klubların püşkatma mərasimi keçirilib. Qeyd edək ki, bu il Azərbaycanı Avropada Neftçi (Çempionlar Liqası), Qarabağ, Xəzər Lənkəran və AZAL futbol komandaları təmsil edəcək. Püşk atmanın nəticələrinə görə, Azərbaycan çempionu Neftçi klubu Çempionlar Liqası təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın Dinamo (Zaqreb) komandası ilə qarşılaşacaq. Oyunlar iyul ayının 12-si və 19-da baş tutacaq.

Avropa Liqasına gəldikdə isə, burada Azərbaycan təmsilçilərindən ikisi mübarizəyə birinci mərhələdən, biri isə ikinci mərhələdən başlacaq. Ötən bir neçə ildə azərbaycanlı azarkeşlərə sevinc bəxş edən Ağdamın Qarabağ komandasının bu il I mərhələdəki rəqibi Litvanın FK Banga klubudur. FK Banga üzərində qələbə qazanacağı təqdirdə Ağdam klubunun növbəti rəqibi Farer adalarının Streymur komandası olacaq.

Püşk AZAL-a daha çətin rəqib seçib. Bakı klubu Minsk Dinamosu ilə qarşılacaq, qələbə qazanacağı təqdirdə isə, II mərhələ çərçivəsində Türkiyənin Qaziantərspor klubu Azərbaycana səfər etməli olacaq.

Avropa Liqasına II mərhələdən qatılacaq Xəzər Lənkəran klubu isə Təl Əvivin Makkabi komandası ilə qarşılaşacaq. I mərhələnin oyunları 30 iyun - 7 iyulda, II mərhələnin oyunları isə 14-21 iyulda keçiriləcək.

Çempionlar Liqası:

II mərhələ

12 iyul Dinamo Zaqreb - Neftçi (ilk oyun)

19 iyul Neftçi - Dinamo Zaqreb (cavab görüşü)

Avropa Liqası:

I mərhələ

30 iyun

FK Banga - Qarabağ (ilk oyun)

Dinamo Minsk - AZAL (ilk oyun)

7 iyul

Qarabağ - FK Banga (cavab görüşü)

AZAL - Dinamo Minsk (cavab görüşü)

II mərhələ

14 iyul (ilk oyunlar)

Xəzər Lənkəran - Makkabi Təl Əviv

Streymur - Qarabağ/Banga

AZAL/Minsk - Gaziantepspor

21 iyul (cavab görüşləri)

Makkabi Təl Əviv - Xəzər Lənkəran

Qarabağ/Banga - Streymur

Gaziantəpspor - AZAL/Minsk