Azərbaycan münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Abxaziya regionunda 10 mart 2012-ci ildə keçirilmiş qondarma “parlament seçkiləri”ni tanımadığını bəyan edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.