Azərbaycan 2020-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək istəyir

Azərbaycan 2020-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək istəyir

Bu ilin iyununda Bakıda 60 min tamaşaçı yeri olan yeni olimpiya kompleksinin bünövrəsi qoyulub. Hakimiyyət Olimpiya oyunlarının keçirilməsi üçün bütün şərtləri yerinə yetirməyə hazır olduğunu bildirir.

Azərbaycan hökuməti 2020-ci ilin Yay Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün rəsmi ərizə verib.

Turan agentliyi Azərbaycanın Milli Olimpiya Komitəsinə istinadən bildirir ki, bir müddət əvvəl Azərbaycan 2016-cı il oyunlarının Bakıda keçirilməsi üçün ərizə vermişdi, lakin adı namizədlərin qısa siyahısına belə daxil edilməyib.
Xatırladaq ki, bu ilin iyununda Bakıda 60 min tamaşaçı yeri olan yeni olimpiya kompleksinin bünövrəsi qoyulub. Hakimiyyət Olimpiya oyunlarının keçirilməsi üçün bütün şərtləri yerinə yetirməyə hazır olduğunu bildirir. Bu mənada gələn ilin mayında keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi bir növ hökumətin beynəlxalq əhəmiyyətli genişmiqyaslı tədbirlər keçirmək iqtidarında olub-olmamasının sınağı olacaq.