Höccətül-İslam Əzimi: Pan-İranist qüvvələr Türk Fraksiyasının təşkilini istəmir [Audio-Müsahibə]

Din xadimi Tehrandan Amerikanın Səsinə danışıb

İran Parlamentində Türk Fraksiyasının təşkili istiqamətində fəaliyyətlərin başladılmasına dair xəbər yayıldıqdan sonra bir neçə aydır İran mediası mövzunu mütəmadi olaraq və müxtəlif münasibətlərdə gündəmə gətirməkdədir. Bu prosesi yaxından təqib edən milli fəal və din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi Qədim Amerikanın Səsinə müsahibədə fraksiyasının təşkili barədə ətraflı məlumat verib.

Your browser doesn’t support HTML5

Höccətül-İslam Əzimi Tehrandan Amerikanın Səsinə danışıb

Əzimi Qədim İran Azərbaycanı və ölkənin digər bölgələrindən olan türk millət vəkillərinin fraksiyanın təşkili istiqamətində önəmli iradə sərgilədiklərini önə çəkərkən fraksiyanın qurulmasına zidd olan qüvvələrin törətdiyi maneələrin də ciddi olduğunu bildirir:

Azərbaycanda namizədliyi qəbul olunanlar arasında milli hərəkata nisbətən yaxın olanları dəstəkləmək və müzakirə etmək üçün cəhdimizi göstərdik. Onlar da səsə ehtiyacları olduqları üçün [bizə tərəf] gəlirdilər.
Əbdüləziz Əzimi Qədim

“Hələ iş çoxdur. Bu başı bəlalı bir layihədir. Aryaçı şovinistlər problem yaradırlar... Bu qədər müxalif və problem içində fraksiyanın təşkilinə hələ tam inanmırıq. O zamana qədər ki fraksiyanın sədri və müavinləri masa arxasında oturub nitq etməyiblər, biz buna inanmayacayıq.”​

O deyir ki, “pan-İranistlər tərəfindən o qədər güclü təxribat gedir ki yüz vəkilimiz də Türk Fraksiyasının təşkili üçün imza versə biz yenə də əmin ola bilmirik.”​

Din xadimi İran Azərbaycanı başda olmaqla bütün vilayətlərdən olan türk millət vəkillərinin sayının 110-a yaxın olduğunu deyir. İran Parlamenti (İranın İslami Şura Məclisi) 290 deputatdan ibarətdir.O deyir ki, “pan-İranistlər tərəfindən o qədər güclü təxribat gedir ki yüz vəkilimiz də Türk Fraksiyasının təşkili üçün imza versə biz yenə də əmin ola bilmirik.”

İran Parlamentinin birinci sədr müavini - Təbriz millət vəkili Məsud Pezeşkiyan


Əbdüləziz Əzimi Qədim Türk Fraksiyasının təşkili istiqamətində fəaliyyətlərin başlamasında milli hərəkatın rol oynadığını önə çəkir. Onun söylədiyinə görə, seçkilər zamanı özü daxil bir qrup milli fəalın dəstəklədiyi namizədlər seçildikdən sonra fraksiyanın təşkili üçün başlıca addımları atan deputatlar olublar.

“Azərbaycanda namizədliyi qəbul olunanlar arasında milli hərəkata nisbətən yaxın olanları dəstəkləmək və müzakirə etmək üçün cəhdimizi göstərdik. Onlar da səsə ehtiyacları olduqları üçün [bizə tərəf] gəlirdilər. Hərəkatdan aldıqları səsə görə hərəkata vəfalı oldular..,” deyə cənab Əzimi Qədim dilə gətirir.

Pan-İranistlər tərəfindən o qədər güclü təxribat gedir ki yüz vəkilimiz də Türk Fraksiyasının təşkili üçün imza versə biz yenə də əmin ola bilmirik.
Əbdüləziz Əzimi Qədim

İslahatçı və mühafizəkarlar başda olmaqla müxtəlif siyasi cərəyanlara mənsub türk deputatlar fraksiyanın təşkilini dəstəkləyirlər. Din xadiminin dediklərinə görə, bunun təmin olması üçün xüsusi diqqət göstərilib.

Höccətül-İslam Əzimi Qədim hesab edir ki, İran Parlamentində Türk Fraksiyası təşkilinə dair prosesin tamamlandığı təqdirdə, bu türk dilində təhsilin həyata keçirilməsi yönündə də müsbət bir addım olacaq.