AzərSatın üç şüası olacaq – Avropaya, Asiyaya və Afrikaya.
Azərbaycanın ilk milli peykinin (AzerSat) buraxılış vaxtı müəyyən edilib. Gələn il fevralın 6-da «Azərkosmos»a məxsus, peyk televiziyası və internetə çıxış üçün nəzərdə tutulan peyk orbitə çıxacaq.
Turan agentliyinin məlumatına görə, 2010-cu ildə Azərbaycan hökuməti Malayziyanın Measat şirkəti ilə birgə istifadə barədə, Amerikanın Orbital Science şirkəti ilə peykin yaradılması, Fransanın Arianspace şirkəti ili buraxılış barədə saziş imzalayıb.
3 may 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev "Azərkosmos" QSC-nin yaradılması barədə sərəncam imzalayıb. Şirkət dövlət zəmanətli xarici kredit alıb, yerüstü infrastruktur qurub. 2015-ci ildə şirkət ikinci peyki buraxacaq.
"Azərkosmos" QSC kommersiya departamentinin rəhbəri Ruslan Əliyev http://www.comnews.ru/node/68561 səhifəsinə müsahibəsində deyib ki, AzərSat buraxılandan sonra qeyri-leqal xidmətə görə cinayət məsuliyyəti müəyyən edilə bilər.
“Azərbaycanın ilk milli peykinin istismara başlamasından sonra inzibati və bəlkə də, cinayət qanunvericiliyində peyk TV-si və internetə çıxış xidmətinin qanuniliyinə görə məsuliyyət norması müəyyən ediləcək”.
O qeyd edib ki, AzərSat buraxılandan sonra "NTV-Plyus" Azərbaycanda yayım edə bilməyəcək. "Azərbaycana resiver gətirib "NTV-Plyus"a evdə baxmaq mümkün olacaq. Amma avadanlıq satıldığı halda həbs də daxil cəza təyin ediləcək", - deyə o bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə əhalinin 33,7%-i peyk televiziyasına baxır, onların 51%-i kəndlərdədir.
Ruslan Əliyevin sözlərinə görə, Rusiya TV-ləri Türkiyə telekanallarından sonra populyarlıqda ikincidir.
"NTV-Plyus"da Əliyevin xəbərdarlığına sakit yanaşıblar və bildiriblər ki, şirkət avadanlığı Rusiya və Ukraynada satır.
"Avropa hissəsində siqnal Eutelsat W4 və Eutelsat W7 peykləri ilə təmin edilir", - deyə "NTV-Plyus" əməkdaşı bildirib və yaxın xaricdə yayımın mümkün olub-olmaması barədə suala cavabdan yayınıb. Şirkətin saytındakı xəritədən görünür ki, Azərbaycanda siqnalın qəbulu mümkündür, yerli operatorların xidməti isə qanunsuzdur.
Rusiya peyk televiziyasına Azərbaycanda qoşulmaq mümkündür, deyə ComNews yazır. Yerli firmalar bir çox Rusiya peyk operatorlarının, o cümlədən "NTV-Plyus", "Trikolor TV" və "Raduqa TV"-nin avadanlığını satırlar. "Trikolor TV"nin mətbuat xidməti ComNews-a bildirib ki, rəsmi olaraq yalnız Rusiyada yayım həyata keçirir. "Qeyri-leqal yayımla mübarizə aparırıq", - deyə "Trikolor TV" təmsilçisi əlavə edib.
Əvvəllər ComNews məlumat vermişdi ki, AzərSatın buraxılış vaxtı bir neçə dəfə dəyişib. Əvvəlcə RİTN onu 46 dərəcə şərq uzunluğuna 2010-cu, sonra 2011-ci ildə göndərməyi planlaşdırıb. Sonradan buraxılş vaxtı 2013-cü ilə keçirilib.
AzərSatın üç şüası olacaq – Avropaya, Asiyaya və Afrikaya. Azərbaycan onu buraxmaqla ölkənin ehtiyacını təmin etməklə yanaşı, teleyayım və İnternet xidməti üzrə beynəlxalq bazara çıxmaq istəyir.