Dunya Miyatoviç: Azərbaycanda mətbuat azadlığı vəziyyətinin dəyişməməsi məni məyus edir

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç "Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədovun həbsə məhkum edilməsindən sonra Azərbaycanın səlahiyyətli nümayəndələrini jurnalistlərə qarşı təqib və təzyiqlərə son qoyulmasına çağırıb.

“Mən 2012-ci ilin noyabr ayında Məmmədov və həbsdə olan digər jurnalistlərə baş çəkdikdən sonra onların məsələlərini qaldırdım. Azərbaycanda mətbuat azadlığı vəziyyətinin dəyişməməsi məni məyus edir. Bu gün jurnalistlər uzunmüddətli həbs cəzaları ilə üzləşir.”

Dunya Miyatoviç jurnalistlərin azadlığa buraxılmasına çağırıb.

O, “Bizim yol”qəzetinin müxbiri Pərviz Həşimli və “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli barədə də narahatlığını bildirib.