Səmra Rəhimli beynəlxalq müsabiqədə "Miracle" mahnısını ifa edəcək
Martın 10-da Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.
İTV-nin məlumatına görə, münsiflər heyəti yarışda Azərbaycanı Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, mahnı müsabiqəsində "Miracle" mahnısını ifa edəcək.
Səmra Rəhimli "O səs Azərbaycan" musiqi yarışının finalistidir.
"Eurovision-2016"-nın birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də İsveçin paytaxtı Stokholmda keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.