Konfransda Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında 2015-ci ilin İş Planı müzakirə olunub
Mayın 19-da Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Ramiz Nəcəfov və ABŞ nümayəndə heyətinə ABŞ-ın Avropa Komandanlığı Strateji Məsələlər üzrə idarə rəisinin müavini Ted Donneli rəhbərlik edib.
Görüş zamanı Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında 2015-ci il üçün nəzərdə tutulmuş İş Planı müzakirə olunub.