Azərbaycan və Türkiyə milli valyuta ilə hesablaşmaya keçə bilər

Azərbaycan prezidenti Türkiyədə səfərdədir

Azərbaycan prezidenti Türkiyədə səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün yekunu olaraq sənədlər imzalanıb.

İki ölkə arasında “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının protokolu, 2018-2019-cu illərdə iki ölkə hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi, Azərbaycan və Türkiyə Rabitə nazirlikləri arasında anlaşma memorandum, Türkiyə və Azərbaycanda mədəniyyət mərkəzlərinin təsis olunması, preferensial ticarət sazişi, iki ölkənin Müdafiə nazirlikləri arasında şəxsi heyətin mübadiləsinə dair protokol imzalanıb.

İmzalanma mərasimindən sonra prezidentlər İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edib.

“Yaxın gələcəkdə Türkiyə və Azərbaycan yeni birgə layihələr həyata keçirəcək. Bakı və Ankaranın prioritetlərindən biri milli valyuta ilə hesablaşmaya keçməkdir”. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan terrorizmə qarşı mübarizədə Türkiyənin atdığı addımların Azərbaycan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.

"Bakı elə öncədən Afrində "Zeytun budağı" əməliyyatını dəstəklədiyini bəyan etmişdi", o qeyd edib.

O xatırladıb ki, Türkiyə Qarabağ münaqişəsini öz problemi kimi qəbul edir.

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində və BMT qətnamələrinə uyğun olaraq nizamlanmalıdır. Bu, Türkiyənin ən böyük arzusudur", o vurğulayıb.