Azərbaycan Səudiyyə Ərəbistanına raket hücumunu qınayır

Hikmət Hacıyev

”Biz Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq”.

Bu sözləri APA agentliyinin sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu cür neqativ hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər: “Biz regionda davamlı sülhün və müəyyənliyin təmin olunması üçün siyasi-diplomatik səylərin daha da artırılmasına çağırırıq”.

Noyabrın 4-də Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi Ər-Riyadın şimal-şərqində ballistik raketi zərərsizləşdirib. “Al-Arabia” kanalının yaydığı məlumata görə, raket Yəməndəki üsyançılar tərəfindən atılıb. Bildirilir ki, hücumun qarşısı vaxtında alınıb və əhali arasında xəsarət alan yoxdur.