"Azərbaycan Saatı"nın fəaliyyətində qısa fasilə

Azərbaycan Saatı

"Azərbaycan Saatı” prorqramı yaxın bir-iki həftə ərzində efirdə olmayacaq" - bunu "Azadlıq"a açıqlamasında proqramın rəhbəri Qənimət Zahid deyib.

O, bu müvəqqəti dayanmanın səbəbləri barədə ətraflı məlumat veriləcəyini də bildirib: "Ən ümumi şəkildə onu deyə bilərəm ki, Azərbaycan hökuməti özünün diplomatik resurslarını yalnız “Azərbaycan Saatı”nın üzərinə fokuslaşdırıb. Bir il bundan əvvəl, demək olar, eyni vaxtda belə bir hadisə baş vermişdi. O zaman iki həftə fasilə verdik və tamaşaçılarımıza söz verdik ki, “Azərbaycan Saatı” davam edəcək. İndi də həmin sözü veririk. “Azərbaycan Saatı” davam edəcək! Bu dəfə daha qarantiyalı. Bu təzyiqlər və çətinliklər bizi ruhdan salmır. Bütün bu müddət ərzində bəzi qarantiyalar üzərində işləmişik. Tamamilə mümkündür ki, “Azərbaycan Saatı” özünün TV kanalı ilə yayıma başlasın. Buna da çox zaman qalmayıb. Buna görə də proqram müəllifi olaraq, “Azərbaycan Saatı”nın qapadılmasına çalışan bütün inzibati-siyasi mərkəzlərə xitab edirəm ki, özünüzü yormayın, enerjinizi boşuna xərcləməyin. “Azərbaycan Saatı” çalışacaq. Hər bir halda çalışacaq. Hər dəfə əvvəlkindən daha keyfiyyətli davam edəcək.
Bu fasilədən istifadə edib proqramın tərtibatı ilə bağlı məsələləri yenidən dəyərləndiririk. Qısa fasilədən sonra Azərbaycan tamaşaçısı öz sevimli proqramı ilə yenidən görüşəcək. Yaranmış müvəqqəti fasiləyə görə tamaşaçılardan üzr istəyirik".