Nota Madriddə keçirilən turizm sərgisində Dağlıq Qarabağ stendinin nümayiş etdirilməsi ilə əlaqədardir
Azərbaycanın İspaniyadakı səfirliyi İspaniyanın Xarici İşlər Nazirliyinə nota göndərib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə bu nota Madriddə keçirilən turizm sərgisində Dağlıq Qarabağ stendinin nümayiş etdirilməsi ilə əlaqədardir.
O, bildirib ki, bu tip provokasiyalar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini pozur.
İspaniyanın paytaxtı Madriddə yanvarın 26-na qədər davam edəcək “Fitur” illik turizm sərgisi keçirilir.