Baş məqalə: Azərbaycanla bağlı təkliflər və narazılıqlar

Aprelin 30-da BMT-nin İnsan Hüquqları Şurasının Periodik İcmal İşçi Qrupu Azərbaycanda insan haqlarının durumu ilə bağlı müzakirə-dialoq keçirib. Azərbaycan Cenevrədə keçirilən sessiyada müzakirə edilən 14 ölkədən biri olub.

ABŞ-ın BMT-nin İnsan Hüquqları Şurasında səfiri Aylin Çemberleyn Donahyu işçi qrupun iclasında deyib: “Biz Azərbaycanın qadınlara qarşı zorakılıq və qızların erkən ərə verilməsi hallarının qarşısının alınması, həmçinin 2012-ci ildə öz baxışlarını ictimai yerlərdə ifadə etdiyinə görə həbs edilmiş şəxslərin azad edilməsi kimi atdığı müsbət addımlardan razılığımızı bildiririk.”
Biz bəzi jurnalistlər və demokrat fəalların azadlıqdan məhrum edilməsi hallarının davam etməsindən narahatıq. Bu, rəsmilərin insanların öz fikirlərini azad şəkildə ifadə etmək azadlığını məhdudlaşdırmaq üçün ədliyyə sistemindən istifadə etdiyinə dair narahatlıqları artırır.
Lakin buna baxmayaraq, səfir Donahyu bildirib: ”Biz bəzi jurnalistlər və demokrat fəalların azadlıqdan məhrum edilməsi hallarının davam etməsindən narahatıq. Bu, rəsmilərin insanların öz fikirlərini azad şəkildə ifadə etmək azadlığını məhdudlaşdırmaq üçün ədliyyə sistemindən istifadə etdiyinə dair narahatlıqları artırır.”

Xanım Donahyu həmçinin Azərbaycanda “sərbəst toplaşmaq azadlığına məhdudiyyətlərin artması, vətəndaş cəmiyyətinin maliyyələşdirilməsinə bu yaxınlarda hökumət tərəfindən qoyulmuş hüquqi məhdudiyyətlər və qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçməsi prosesində çətinliklərin davam etməsi ilə bağlı narahatlığını ifadə edib.

ABŞ Dövlət Departamentinin bu yaxınlarda insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində eyni problemlərə toxunub. Buraya jurnalistlər, insan hüquqları və demokratiya fəallarına qarşı qorxutma, həbs və gücdən istifadə edilməsi də daxil olmaqla ifadə azadlığının məhdudlaşdırılması daxildir.

Xədicə İsmayılova

Jurnalistlərin həbsi də daxil olmaqla ifadə azadlığının pozulmasına dair digər hallar kimi Dövlət Departamenti jurnalist təhqiqatı aparan Azad Avropa/Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın işini misal gətirib. Beynəlxalq səviyyədə və ölkədə qınağa səbəb olmuş 2012-ci ilin martına aid insident zamanı Azərbaycanda rəsmi korrupsiya hallarını aşkar etmiş xanım İsmayılova onun intim həyatı ilə bağlı gizli çəkilmiş videonun internetdə yerləşdirilməsi ilə şantaj qurbanı olmuşdur. Azərbaycan prezidentinin administrasiyası onun özəl həyatına müdaxiləni tənqid etsə də, rəsmi təhqiqat heç kəsin həbsi ilə nəticələnməmişdir.

Bu yaxınlarda Cenevrədə İşçi Qrupun iclasında danışan səfir Donahyu üç tövsiyə vermişdir:

- Azərbaycan rəsmiləri öz fikirlərini ictimai şəkildə ifadə etdiklərinə görə həbs edilmiş şəxsləri azad etməli və başqa məhbuslar üçün müvafiq hüquqi proseduru təmin etməli;

- Bakı şəhərinin mərkəzi də daxil olmaqla, ölkə boyu dinc nümayişlərin keçirilməsinə icazə verməli və dinc nümayişçiləri təmsil edən hüquqşünasların təqib edilməsi ilə bağlı halları tam təhqiq etməli, eləcə də vətəndaş cəmiyyətinin tərəqqisi naminə qanunvericiliyə dəyişikliklər edilməsi üçün qanunverici hökumət, yerli və beynəlxalq təşkilatlarla birgə iş aparmalıdır.