Azərbaycan diplomatlarının ailələri Misirdən çıxarılıb

Misir bayrağı

Səfirlik diaspor üzvlərinin də ölkədən çıxarılmas barədə qərar qəbul edib
Misirdəki gərgin vəziyyətlə əlaqədar olaraq azərbaycanlı diplomatların ailələri və diaspor üzvləri bu ölkədən çıxarılıb. Bu barədə Trend agentliyinə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev məlumat verib.

Səfirin sözlərinə görə, ölkədə vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik məqsədilə Misirdəki diplomatların ailələrinin və burada yaşayan Azərbaycan diasporunun üzvilərinin ölkədən çıxarılması barədə qərar qəbul edilib: "Çərşənbə axşamı onlar təyyarə ilə Bakıya göndəriliblər".