“Biz, P5+1 və İran arasında hərtərəfli fəaliyyət proqramı əsasında danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayırıq”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanırıq”, o qeyd edib.