Azərbaycan və Özbəkistan hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq edəcək

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri Kabul Berdiyevlə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Özbəkistanın müdafiə naziri ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.

Görüşdə Azərbaycanla Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Rəsmi səfər çərçivəsində Azərbaycan müdafiə naziri Özbəkistan Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini ziyarət edib.