Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Məmmədyarov Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin aprelin 5-də İranın Ramsar şəhərində keçiriləcək dördüncü üçtərəfli görüşündə iştirak edəcək.
Xsatırladaq ki, üç ölkənin xarici işlər nazirləri hər il növbəlilik əsasında bir ölkədə görüşüb fikir mübadiləsi aparır.