Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıb [Video]

Your browser doesn’t support HTML5

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıb

Türkiyənin xarici işlər naziri Azərbaycanda səfərdə olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdə olub. Nazir Çavuşoğlu prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

Xarici işlər nazirləri təkbətək və geniş tərkibdə görüşdükdən sonra brinfinq keçirib. Nazirlər iki ölkədə seçkilərdən sonra dövlət başçılarının, yüksət vəzifəli şəxlərin ilk səfərlərini qardaş ölkəyə etdiklərini vurğulayıb. Nazirlər həmçinin iki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

Çavuşoğlu Azərvbaycanda parlament seçkiklərinin demokratik keçirildiyini qeyd edərək, Yeni Azərbsaycan Partiyasının qələbəsi münasibəti ilə nazir Məmmədyarovu təbrik edib. Sonra Nardaranda həlak olan polis əməkdaşlarının ailələrinə baş sağlığı verib.

”Terrpor olayında şəhid olan iki polisə Allahdan rəhmət diləyirəm. Terror məsələsində bizim Azərbaycanla iş birliyimiz var. Türkiyə terrorun nə olduğunu çox yaxşı bilir. Bu sahədə təcrübəmizi bölüşməyə hazırıq. Bir də belə hadisələrin baş verməməsini arzu edirəm", Çavuşoğlu qeyd edib.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

Nazirlər Dağlıq Qarabağ münaqişəsi, TANAP (Transanadoli Qaz Kəməri) və Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisi ilə bağlı məsələlərə daha çox diqqət çəkib.

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və Yerevana səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmasının vacibliyini qeyd edib.

“Hamı qəbul edir ki, Ermənistan qoşunların Azərbaycan ərazilərində yerləşdirilməsi regionda təhlükəszilik üçün böyük bir problemdir”.

Onun sözlərinə görə, Lavrov həmsədr ölkələri adından təkliflər verib.

“Həmsədrlər son dəfə Azərbaycana gələndə prezidentlər səviyyəsində görüş təklif olunub. Azərbaycan bu görüşə razılıq verib və həmsədrlər onun üzərində işləyirlər. Növbəti ayın sonuna kimi bu görüş baş tuta bilər”, nazir qeyd edib.

Türkiyə xarici işlər naziri isə bildirib ki, Türkiyə xüsusilə Dağlıq Qarabağ probleminin həllində, təcavüzün aradan qaldırılmasında, işğal olunmuş torpaqların qaytarılmasında hər zaman Azərbaycanın yanındadır.

“Biz ATƏT-in Minsk qrupunun daha fəal olmasını görmək istəyirik. Azərbaycan və Türkiyə əl- ələ, birgə öz hədəflərinə doğru irəliləməkdədir”.

Hər iki nazir ANAP layihəsinin uğurla reallaşmaqda olduğunu vurğulayıb.

Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə sahəsindətikintisində gercikmə var.

Azərbaycan və Türkiyə bayraqları

Çavuşoğlu bildirib ki, bu ilin sonuna kimi Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü olacaq. Üç nazir Gürcüstan tərəfindən Bakı-Tbilisi-Qars dəmiryoluna baxış kecirəcək.

“Yolun tikintisində Türkiyədə gecikmə var. Türkiyə tərəfində Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin gecikməsi şirkətin hüquqi problemidir. Bu il olmasa da, gələn il bu layihə başa çatacaq. Dəmir yolunun istifadəyə verilməsi münasibətləri yeni mərhələyə gətirəcək. Azərbaycan və Türkiyə Avropadan-Çinə qədər olan regionda mühüm rol oynayacaq, Çavuşoğlu bildirib.

Nazir həmçinin 2016-cı ildə Azərbaycan-Türkiyə-Türkmənistan xarici işlər nazirlərinin görüşüünü olacağını deyib.

Nazirlər jurnalistlərin gözlədiyi Suriya böhranı və Türkiyə-Rusiya münasibətlərində yaranmış son durumdan dsanışmayıb. Brifinqdə sual-cavab da olmayıb.