Ənvər Zeynalov “Azad Suriya ordusun”un tərkibində döyüşürmüş
Azərbaycanın n Tərtər rayonunun sakini Ənvər Zeynalov Suriyada hökumət əleyhinə döyüşlərdə öldürülüb. Bu barədə yerli media Ə.Zeynalovun yaxınlarına istinadən bildirib.
Onun “Azad Suriya ordusu” adlı silahlı qruplaşmanın tərkibində döyüşən azərbaycanlılardan biri olduğu bildirilir.
Yaxınları Ə. Zeynalovun cənazəsini Azərbaycana gətirmək istəsələr də mümkün olmayıb. Belə ki, ölkənin hüquq-mühafizə orqanları meyitin ölkəyə gətirilməsi məsələsini həll edə bilməyib və Ə.Zeynalov Suriyada dəfn edilib.
Tərtərdə isə Ə.Zeynalova yas məclisi təşkil olunub. Onun valideynlərinin yaşadığı Teymur Əmrahov küçəsində təşkil olunub.
Bununla yanaşı, rəsmi mənbələr hələ Azərbaycan vətəndaşının Suriyada öldürülməsi, ölümün səbəbləri və Zeynalovun Suriyaya necə getməsi ilə bağlı məlumat vermir.