Azərbaycan baş nazirinin müavini: Biz Rusiya ilə birlikdә hәmişә güclü olacağıq

Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq dair hökumətlərarası komissiyasının iclası

Sentyabrın 15-dә Bakıda Azәrbaycan vә Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın 14-cü iclası keçirilib.

AzәrTAc xәbәr verir ki, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov uzun fasilәdәn sonra hökumәtlәrarası komissiyanın iclasının keçirilməsini müsbət dəyərləndirib. "Әminәm ki, Rusiyanın belә geniş tәrkibdә Azәrbaycana gәlәn nümayәndә heyәti ilә danışıqlar ikitәrәfli әmәkdaşlığa böyük tәkan verәcәk”, Y.Eyyubov vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, Rusiya daim Azәrbaycan üçün әn yaxın dost vә qonşu ölkәdir. “Biz daim bir yerdә yaşamış vә әmәkdaşlıq etmişik. Dünyanın bu mürәkkәb vaxtlarında da daim bir yerdә olmalıyıq. Biz birlikdә hәmişә güclü olacağıq. Rusiya qüdrətli vә zәngin tәbii sәrvәtlәrə malik ölkәdir”.

Son vaxtlar ölkәlәrimiz asında әlaqәlәrin daha da intensivlәşdiyini bildirən Rusiya baş nazirinin müavini Dmitri Roqozin məlumat verib ki, bugünkü iclasda iki ölkә prezidentlәri arasında әldә edilәn razılaşma әsasında qaldırılan mәsәlәlәr müzakirә olunacaq. Bu mәsәlәlәr çox geniş sahәlәri әhatә edir.

O bildirib ki, Rusiya iqtisadiyyatının çәtin dövrlәr yaşadığı bir vaxtda ölkələrimiz daha da yaxınlaşır. Hazırda Azәrbaycan iqtisadiyyatının sürәtlә inkişaf etdiyini vә onun mәhsullarının Rusiya bazarlarına çıxarıldığını bildirən D.Roqozin deyib. “Artıq müştәrәk müәssisәlәrin yaradılmasının vaxtı çatıb. Bu müәssisәlәr hәm kәnd tәsәrrüfatı, hәm dә sәnaye sahәlәrini әhatә edә bilәr. Bu gün biz Azәrbaycan prezidenti tәrәfindәn qaldırılan enerji mәsәlәlәri üzrә yüksәk işçi qrupunun yaradılmasını da müzakirә edәcәyik".

D.Roqozin diqqətə çatdırıb ki, 2013-cü ildә iki ölkә arasında әmtәә dövriyyәsi 3,6 milyard dollar tәşkil edib. Bu ilin yanvar-iyul aylarında isә həmin göstәrici 2,2 milyard dollar olub. “Rusiya hazırda Azәrbaycanın istehsal etdiyi mәhsullara ehtiyac duyur vә bunun üçün ölkənizin әlavә resursları var” D.Roqozin əlavə edib.

Danışıqlar zamanı iki ölkə arasında ticari-iqtisadi әlaqәlәrin inkişafının vәziyyәti vә әsas istiqamәtlәri, gömrük, nәqliyyat, rabitә vә informasiya texnologiyaları, fövqәladә hallar barәdә xәbәrdarlıq vә onların qarşısının alınması, Rusiya Federasiyasının subyektlәri ilә regional əlaqələr, humanitar sahədə, hüquq-müqavilә bazasının vәziyyәti vә inkişafı sahәlәrindә әmәkdaşlıq barәdә müzakirәlәr aparılıb.

İclasın yekununda ikitərəfli sənədlər imzalanıb. İclasın protokoluna əsasən, komissiyanın növbəti iclası gələn il Yekaterinburqda keçiriləcək 6-cı Rusiya-Azәrbaycan regionlararası forumu çәrçivәsindә təşkil olunacaq.