Azərbaycanın ikinci peykini Fransa şirkəti orbitə çıxaracaq

Peyk

Azərbaycanın ikinci telekommunikasiya peykini geostasionar orbitə Fransanın "Arianespace" şirkəti çaxıracaq. "Report" xəbər verir ki, bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bununla bağlı dekabrın 2-də Bakıda işə başlayacaq "Bakutel-2015" beynəlxalq sərgi-konfransı çərçivəsində sənədin imzalanacağı gözlənilir.

"Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 mln. ABŞ dolları təşkil edəcək. Bu vəsait “Azerspace-2/Intelsat 38” ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının alınmasına sərf ediləcək.