Kanadanın xarici işlər naziri Azərbaycana gəlir

Aprelin 14-də Kanadanın xarici işlər naziri Con Beyrd Azərbaycana rəsmi səfər edəcək.

XİN-nin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, səfər çərçivəsində Con Beyrdin prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.