Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev yanvarın 24-də Davosda Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşüb.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirilib, qarşılıqlı sərmayələrin əhəmiyyətindən danışılıb. Qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilən görüşdə mədəniyyət sahəsində yüksək səviyyədə əməkdaşlığın aparıldığı vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.