Görüşdə AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, ispaniyalı millət vəkili Yordi Chukla i Kosta da iştirak edib
Oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyəti rəhbərlərinin görüşü olub.
APA agentliyinin məlumatına görə, görüş AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə baş tutub.
Görüşdə Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidovla David Arutunyan, həmçinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, ispaniyalı millət vəkili Yordi Chukla i Kosta da iştirak edib.
Tərəflər görüşün məzmunu barədə mətbuata məlumat verməyiblər.
Qeyd edək ki, görüş AŞ PA-nın plenar iclasında Səməd Seyidovun assambleyada tezliklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin keçirilməsi ilə bağlı təklifindən sonra AŞ PA sədri Jan-Klod Minyonun təşəbbüsü ilə baş tutub.