Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müzakirə edilib

Jan Klod Minyon

Avropa Şurası Parlament Assambleyasının rəhbəri prezident Əliyevlə görüşüb
Mayın 26-da prezident İlham Əliyevlə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbəri Jan Klod Minyonun görüşündə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində qarşıdakı sədrliyi məsələsi müzakirə olunub.

Dövlət başçısının saytı xəbər verir ki, görüş zamanı İ.Əliyev əmin olduğunu bildirib ki, Minyonun səfəri əməkdaşlıq perspektivləri ilə bağlı məsələlərin müzakirəsinə yaxşı imkanlar yaradır.

Öz növbəsində Minyon bildirib ki, səfərdə əsas məqsədlərdən biri “Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində qarşıdakı sədrliyinə hazırlıq prosesinə dair fikir mübadiləsinin aparılmasıdır.

AŞ Nazirlər Komitəsində yarım illik sədrlik Azərbaycana 2014-cü ilin mayında keçməlidir.