Azərbaycan alpinistləri Pamirdə zirvəyə qalxır

Azərbaycan alpinistləri Pamirdə

Azərbaycanlı alpinistlər Pamirdə iki yeddiminlik zirvəyə - Korjenevski pikinə (7105 m.) və Samoniyə (keçmiş Kommunizm piki - 7495 m.) qalxmaqda davam edir

Azərbaycanlı alpinistlər Pamirdə iki yeddiminlik zirvəyə - Korjenevski pikinə ( (7105 m.) və Samoniyə (keçmiş Kommunizm piki - 7495 m.) qalxmaqda davam edirlər
Sirxan Məmmədov (rəhbər), Denis Leusov, Firuz Dadaşov və Rüfət Qocayev iqlim şəraitinə uyğunlaşmaq üçün həlledici həmləyə hazırlıqdan əvvəl 6 min metrdən çox yüksəkliyə qalxıblar.
Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu Turan agentliyinə bildirib ki, avqustun 6-da axşam alpinistlərlə əlaqə zamanı S.Məmmədov bildirib ki, güclü qar yağması və qar uçqunu təhlükəsi ilə əlaqədar qalxma çətinləşib. Bununla belə, komanda əsas vəzifələrdən birini yerinə yetirib - 5800 metr yüksəklikdə gecələyib.
Hazırda qrup tam tərkibdə baza düşərgəsində dincəlir. Komanda yaxşı, mübariz əhval-ruhiyyədədir. Hava sabitləşən kimi, alpinistlər Korjenevski pikinə doğru marşrutu hazırlayacaqlar.