Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək verir

Elmar Məmmədyarov

“Azərbaycan stabillik və güvənin əldə olunması yolunda qəti şəkildə Əfqanıstanın yanındadır”.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Brüsseldə NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında bildirib.

Nazir deyib ki, Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Əfqanıstan ərazisində ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) missiyasının başa çatmasının ardınca Əfqanıstan hökuməti təhlükəsizliyin təmin olunmasının tam məsuliyyətini öz üzərinə götürüb. Bununla belə, bu ölkə hələ də təhdidlərlə qarşılaşır.

“Biz əfqan dostlarımıza dəstək lazım olduğunu bilirirk. Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə və qüvvələrin, multimodal tranzit, təlim və maliyyə yardımının təmin edilməsi ilə Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermək işinə sadiqdir”, o qeyd edib.

Məmmədyarov bəyan edib ki, Azərbaycan 2016-ci il ərzində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək.

“Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun (ƏMO) İnam Fonduna müvafiq əhəmiyyətli ianə edib və 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürüb. Bundan başqa, Azərbaycan Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və əməli əməkdaşlığa sadiq qalır. Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra mənim ölkəm inkişaf etmiş Davamlı Tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tutur”.

Azərbaycanın Əfqanıstanın stabilliyinə verdiyi töhfəsi yalnız NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmır.

“Mədəni və coğrafi cəhətdən yaxın ölkə kimi, biz, təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, sərmayələr, eləcə də cəmiyyətdə qadınların rolunun artırılması sahəsində əməli töhfələrin artırılması ilə gələcək güvənin əldə edilməsi istiqamətində Əfqanıstanın islahatlar yolunu dəstəkləyirik. Yeni İpək Yolunun əhəmiyyətli parçası olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə Əfqanıstan və Avropanı birləşdirəcək”, Məmmədyarov qeyd edib.