"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək".
Bu barədə SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov Facebook səhifəsində yazıb.
"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", paylaşımda deyilir.
Fevralın 26-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların nəticələrinə görə SOCAR-ın Ukraynada bütün yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım və təcili xidmətlərin yanacaqla pulsuz təmin edilməsi tapşırıldığını bildirib. “Gecə Azərbaycandan dərmanlarla təyyarə gözləyirik”, Zelenski Twitter səhifəsində yazıb.