Vaşinqton və Nyu Yorkda Xocalı posterləri [Fotoqalereya]

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı Xocalı facisəinin 21-ci ildönümü ərəfəsində Birləşmiş Ştatlar ictimaiyyətini məlumatlandırmaq məqsədilə geniş kampaniya keçirir.

Multimediya kampaniyasının əsas hissəsi Birləşmiş Ştatlar paytaxtı Vaşinqtonda və Nyu-Yorkda keçirilir. Şəhərlərdə Xocalı faciəsi haqda məlumatların çatdırılması məqsədilə binaların üzərində illüminasiya posterləri, metro stansiyalarında, avtobus dayanacaqları və avtobusların üstündə plakatlar yerləşdirilib. Vaşinqtonun milli xiyabanında və mərkəzi dəmiryol stansiyasında, eləcə də Nyu Yorkun izdihamlı Tayms meydanında, BMT-nin baş qərargahı qarşısında və şəhərin başqa mərkəzi küçələrində də posterlər qoyulub.

Bir neçə həftə davam edəcək kampaniyası nəticəsində milyonlarla amerikalı Xocalı faciəsi haqda məlumat ala bilmək imkanı əldə edəcək.

Bununla yanaşı Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar ABŞ mətbuatında və sosial media şəbəkələrində məqalələrin dərc edilməsi, məlumatların yerləşdirilməsi nəzərdə tutulub.

Azərbaycan Amerika Alyansı 2012-ci ildə də paytaxt Vaşinqtonda və Nyu Yorkda Xocalı ilə əlaqədar kampaniya keçirmişid. Kampaniya çərçivəsində şəhərin posterlər yerləşdirilmişdi.

Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Alyansın başlıca missiyası Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir.