"Azərbaycan höküməti vətəndaş cəmiyyətinin fəaliyyətinə icazə verməlidir."

Your browser doesn’t support HTML5

ABŞ Konqresinin Helsinki Komissiyası noyabrın 5-də Azərbaycanda insan hüquqları ilə bağlı brifinq keçirib. Diskussiyalarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar, Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Nataliya Burjali, Leyla və Arif Yunusların qızı Dinara Yunus iştirak edib. Brifinqə Helsinki Komissiyasının iqtisadiyyat, ətraf mühit, texnologiya və ticarət məsələləri üzrə müşaviri Şelli Han moderatorluq edib.