Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətin aşağı büdcəli istiqamətlər üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılmasına dair planlarını elan edib.
AZAL-ın mətbuat xidməti bildirib ki, “AZALJET” brendi altında uçuşlar 2016-cı il 28 mart tarixindən başlayaraq Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.
“AZALJET” brendi altında reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən və 2016-ci il fevralın 1-dən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində tətbiq olunur.
Bununla da AZAL özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.
Azərbaycanın regionlarına “Türk Hava Yolları”nın aşağı büdcəli brendi olan “Anadolu Jet” artıq uçuşlar yerinə yetirir və martın sonunda Macarıstanın aşağı bücəli aviaşirkəti “WizzAir” tərəfindən Bakıdan Budapeştə uçuşlar bərpa ediləcək.
Artıq digər aşağı büdcəli aviaşirkətlər, o cümlədən Türkiyənin “Pegasus” və “Atlasjet” şirkətləri də Azərbaycana uçuşlara maraq göstərir.