AZAL Bakı-Təbriz-Bakı marşrutu ilə uçuşlara başlayır

AZAL

“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 3-dən Bakı-Təbriz-Bakı reyslərinə başlayır. Bu, cari ildə bu marşrutla ikinci reysdir.
”Bir tərəfə biletin qiyməti 96, iki tərəfə 190 manatdır”, deyə AZAL-dan Amerikanın Səsi radiosuna bildiriblər.

ATR-42 təyyarələri ilə uçuş həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü olacaq. Bu marşrutla birbaşa uçuş 27 oktyabr 2012-ci ilə kimi davam edəcək.
Qeyd edək ki, ilin əvvəlindən İranın Kish Air aviaşirkəti ilk dəfə Bakı-Təbriz-Bakı marşrutu ilə uçuşlara başlayıb.

Hazırda uçuşlar çərşənbə axşamı və şənbə günü həyata keçirilir. Biletin qiyməti 99 manatdır (iki tərəfə 159 manat).