“Azadlıq” qəzetinin reportyorunun məhkəməsi keçirilib
Your browser doesn’t support HTML5
Mayın 22-də Xətai Rayon Məhkəməsində “Azadlıq” qəzetinin müxbiri, Xalq Cəbhəsi Partiyasının üzvü Təzəxan Mirələmliyə qarşı cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Qeyd edək ki, T.Mirələmli CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Ona qarşı cinayət işi özünü “videobloger”kimi təqdim edən Ata Abdullayevin şikayəti əsasında başlanıb.
Çəkişmənin predmeti fevralın 26-da AXCP fəallarının Xocalı soyqırımı qurbanları Memorialını ziyarəti zamanı baş vermiş insidentdir.
Növbəti iclas iyunun 4-nə təyin edilib.