"Azadlıq" qəzetinin jurnalistinə qarşı iş üzrə məhkəmə təxirə salındı

Your browser doesn’t support HTML5

Mayın 21-də Xətai rayon məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işi Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanıb. Təzəxan Mirələmli haqqında Ata Abdullayev şikayətçi olub. O, şikayətində qeyd edib ki, jurnalist bu ilin fevralın 26-da Xocalı faciəsinin ildönümündə Milli Şuranın ziyarəti zamanı onu vurub.