Azadlıq Heykəlinə dırmaşmış etirazçı 18 ayadək həbs cəzası ala bilər

Teriz Okumou

Tramp administrasiyasının mühacir ailələri ayırması siyasətinə etiraz məqsədilə Azadlıq Heykəlinə dırmaşmış qadın 18 ayadək həbs cəzası ilə üzləşir.

Teriz Okumou qadağan olunmuş əraziyə daxil olma, hokumət idarəsinin işinə müdaxilə və xuliqanlıqda ittiham edilir.

Müdafiəçiləri onu 4 İyun Müstəqillik Günündə atdığı addımlara görə müdafiə etdiyi zaman Okumou yumruğu yuxarı qaldırılmış halda jurnalistlərin önündə dayanıb.

Daha öncə məhkəmədə ifadə verən zaman müttəhim ABŞ-Meksika sərhədində valideynlərindən zorla ayrılan uşaqları kabuslarında gördüyünü bildirib.

Prokuror Okumounun heykələ dırmaşaraq özünü, xilasediciləri və Azadlıq Adasının qonaqlarını təhlükə altına atdığını bildirib.

Okumouya hökm mart ayında oxunacaq.