"Əliyev hökumətinin azad mətbuata basqıları beynəlxalq sərhədləri aşır"

Eurasianet.org xəbər agentliyinin vebsaytında dərc olunan “Azərbaycan keçmiş SSRİ boyu tənqidi jurnalistləri həbs etməyə çalışır” adlı məqalədə Giorgi Lomsadze Azərbaycan hökümətinin azad mətbuata qarşı təqibi artıq beynəlxalq səviyyədə davam etdirmək səylərindən bəhs edir.

“Ukraynada azərbaycanlı jurnalistin həbsi azad mətbuata şübhə ilə yanaşan Azərbaycanın sərhədlərindən kənarda höküməti tənqid edən jurnalisti həbs etdirməsinin ən son nümunəsidir,” Lomsadze yazır.

O deyir ki, “təxminən on il öncə doğma vətənində döyülüb, bıçaqlanan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçmağa hazırlaşarkən Borispol Beynəlxalq Hava Limanında həbs edilib. Polis onu həbs etmədən öncə Fikrət Hüseynli Facebookda dostlarını vəziyyəti ilə bağlı məlumatlandıra bilib. Ukraynalı insan haqları fəallarının verdiyi məlumata görə, yerli məhkəmə Azərbaycanın ekstradisiya tələbini hələ nəzərdən keçirməyib.

Fikrət Hüseynli

Lomzadsenin dediyinə görə, “bu həbs post-sovet məkanın Azərbaycan höküməti ilə ziddiyət yaşayan jurnalistlər üçün təhlükəli yerə çevrilməsi ilə bağlı narahatlıqlara səbəb olub”.

“Bir ildən qısa bir müddət ərzində Azərbaycan iki keçmiş Sovet respublikasında (Ukrayna və Belarus) iki jurnalisti həbs etdirib. Bundan əlavə isə hökümətin üçüncü bir juarnalistin Gürcüstandan qaçırılmasında da əlinin olduğuna dair şübhələr var,” Lomsadze yazır.

Onun bildiridiyinə görə, “hazırda Hollandiya vətəndaşı olan Azadlıq qəzetinin keçmiş jurnalisti Hüseynli fırıldaqçılıq, rəsmi səndələrin saxtalaşdırılması və qeyri-qanuni miqrasiya ittihamları ilə Azərbyacan tərəfindən axtarışa verilib. Ukraynanın isə Azərbaycanın onu həbs etmək tələbini yerinə yetirməsinin səbəbi aydın deyil.”

“Bundan əlavə ötən il Belarusun Azərbaycanın tələbinə uyğun olaraq İsrail və Rusiya vətəndaşı olan səyahət blogeri Aleksandr Lapşini həbs etməsi də eyni çaşqınlıqla qarşılanmışdı.

Azərbaycanın prezidenti İlham Əliyev Lapşin məhkəməyə çıxarılıb, ona qarşı qeyri-qanuni şəkildə sərhəd keçmək ittihamına görə hökm oxunandan sonra onu əfv edib,” məqalədə yazılır.

Mətbuat azadlığının müdafiə qrupları narahatdır ki, jurnalistlər xarici ölkələrə işləməyə getdiyi üçün Azərbaycan hökümətinin azad mətbuata qarşı qan davasını artıq beynəlxalq sərhədlərə yayılır

Orada həmçinin qeyd edilir ki, “may ayında azərbaycanlı müxbir Əfqan Muxtarlı Gürcüstandan qaçırılıb, Azərbaycanda həbs edilmişdi. Özü və qızının təhlükəsizliyindən narahat olan Muxtarlının həyat yoldaşı jurnalist Leyla Mustafayeva ötən həftə Gürcüstanı tərk edib.”

Lomsadze deyir ki, “mətbuat azadlığını müdafiə edən beynəlxalq qruplar hər üç jurnalistə qarşı irəli sürülən ittihamlı rədd edir və bu ittihamların prezident Əliyevin 14 illik hakimiyyətinin avtokratiyaya doğru irəliləməsinin göstərici olduğunu bildirir.”

Onun sözlərinə görə, “bu qruplar narahatdır ki, jurnalistlər xarici ölkələrə işləməyə getdiyi üçün Azərbaycan hökümətinin azad mətbuata qarşı qan davasını artıq beynəlxalq sərhədlərə yayılır”.

Losadzenin verdiyi məlumata görə, “sürgündə olan azərbaycanlı fəal Emin Hüseynovun başçılıq etdiyi Reportyorların Azadlıq və Təhlükəsizliyi Təşkilatı Ukrayna rəsmilərini Hüseynlini azadlığa buraxmağa və avtoritar ölkələrin “xaricdə yaşayan tənqidçilərini qorxutmaq məqsədilə repressiv addımlar atmalarına imkan yaratmamağa” çağırıb. Kiyev isə bu çağırışa hələ cavab verməyib.”

“Hüseynli 2006-cı ildə Azadlıq qəzetində çalışdığı vaxt amansız hücuma məruz qalıb. Azadlıq qəzetinin iddia etdiyinə görə, naməlum şəxslər Hüseynli hökümətdəki korrupsiya hallarının üstünü açdığına görə, onun barmaqlarını sındırıb, bıçaqlyıb və ölümə tərk edib. Sağalandan sonra Hüseynli ölkəni tərk edib, lakin Turan informasiya agentliyi üçün çalışmağa davam edib.

Azadlıq maliyyə direktorunun həbsindən sonra 2016-cı ildə fəaliyyətini dayandırıb. Ölkənin ən son yerli müstəqil xəbər agentliyi hesab edilən Turan isə bağlanmaq təhlükəsi qarşısındadır. Agentliyin baş redaktoru vergidən yayınmaq ittihamları ilə üzləşir,” deyə məqalədə qeyd edilib.