Aytən Eynalova cəmiyyəti autizm haqda maarifləndirir
Your browser doesn’t support HTML5
"Birgə və sağlam" ictimai birliyinin sədri Aytən Eynalova Amerikanın səsinə öz birlikləri haqqında danışıb. Birlik 2013-cü ildən fəaliyyət göstərir. Birliyin əsas məqsədi autizm sindromlu fərdlərə dəstək vermək, ailələrinə psixoloji baxımdan yardım etmək və bu sahədə maarifləndirmə aparmaqdır. Qurulduğu gündən etibarən birlik həm də reabilitasiya mərkəzinin fəaliyyətinə başlayıb.
Aytən Eynalova həm də cəmiyyətin autizm sindromlu fərdlərə qarşı yanaşmasının dəyişməli olduğunu bildirib. Ailələrin ən böyük problemi autizm sindromlu uşağa sahib olmaq deyil. Ən böyük problem cəmiyyətin həmin uşaqlara verdiyi reaksiya və bu mövzuda maarifsiz olmasıdır.
Aytən Eynalova autizm sindromlu uşaqların işləyə biləcəyi Kaşalata kafesini yaradıb. Bura yeniyetmə autizm sindromlu uşaqların peşə təlimi aldığı bir məkandır.