Ayətullah Xameneyi nüvə danışıqlarına dəstəyini bildirib

Iran's Supreme Leader Ayatollah Ali Khamenei attends a meeting with Iranian nuclear scientists and managers in Tehran, Feb. 22, 2012.


İranın ali dini dəhbəri prezident Həsən Ruhaniyə Qərb ölkələri ilə ölkənin mübahisəli nüvə proqramı ilə ətrafında keçirdiyi danışıqlarla bağlı yeni dəstək verib.

İranın xəbər agentliklərinin verdiyi məlumata görə, Ayətullah Əli Xameneyi danışıqlarla bağlı hisslərini bir qrup tələbə qarşısında ifadə edib. Ayətullah Xameneyi deyib ki, həç kəs vasitəçilərin güzəştə getdiyini düşünməməlidir və xəbərdarlıq edib ki, bu çətin missiyanı yerinə yetirən zaman heç kəs onları zəiflətməməlidir. Ali dini rəhbəri eyni zamanda danışıqlar zamanı razılığa gəlmək məsələsində hələ də bədbin olduğunu, lakin nəticə əldə edilməsə də İranın zərər çəkməməli olduğunu deyib.

Ayətullah Xameyeni həmçinin Vaşinqtonun İran məsələsində mövqeyini tənqid edərək, ABŞ-ın bir tərəfdən danışıqlara çağırdığını, digər tərəfdənsə, hərbi əməliyyatlarla hədələdiyini deyib.

İran diplomaları bu həftə Cenevrədə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olan Birləşmiş Ştatlar, Fransa, Britaniya, Rusiya və Çin, eləcə də Almaniyanın nümayəndələri ilə danışıqların yeni raundunu keçirəcək.