Jurnalist cənub regionun din xadimləri ilə bağlı tənqidi məqaləsini
“Xural” qəzetində dərc etdirdikdən sonra həbs edilib
“Xural” qəzetinin müxbiri Aydın Canıyevin işindən Ali Məhkəməyə kasasiya şikayəti təqdim olunub. Məlumatı “Media forum” saytına Aydın Canıyevin vəkili Elçin Sadıqov verib.
Vəkilin sözlərinə görə, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyirlər.
Lənkəran Rayon Məhkəməsi 2011-ci il noyabrın 21-də Aydın Canıyevi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilib və onu 3 il müddətinə azadlıqdan məhrum edib. Bu il iyunun 19-da Şirvan Apelyasiya Məhkəməsi Aydın Canıyevin Lənkəran Rayon Məhkəməsinin hökmündən şikayətinə baxıb. Şikayət təmin edilməyib.
Aydın Canıyev 2011-ci ilin sentyabrında saxlanıb. Həmin vaxt o, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Səpnəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunub və inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
Jurnalist həbsindən bir neçə gün öncə “Xural” qəzetində regionun dini rəhbərləri ilə bağlı tənqidi məqalə ilə çıxış edib. Məqalədə həmçinin din xadimlərinin İrandan narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu əksini tapıb. İndiyədək bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarının araşdırma aparıb-aparmaması məlum deyil. Ancaq, məqalənin dərcindən bir gün sonra Aydın Canıyev Bakıya danışığa dəvət edilib və o Lənkərana qayıtdıqdan sonra həbs edilib.