Qətimkan tədbiri Musa Rahimin istintaqdan yayınması ilə əsaslandırılıb
Mayın 2-də Nəsimi rayon məhkəməsi aprelin 30-da İmişli rayonunda saxlanılmış AXCP fəalı Musa Rahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə Turan agentliyinə vəkil Əsabəli Mustafayev bildirib.
Onun sözlərinə görə, qətimkan tədbiri Musa Rahimin istintaqdan yayınması ilə əsaslandırılıb.
Musa Rahim xuliqanlıqda ittiham olunur. Xüsusən, 7 noyabr 2012-ci il tarixində Rəhim Bakının mərkəzində AXCP gənc fəalı Dəyanət Babayevlə birlikdə xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bir neçə saat sonra hər ikisi sərbəst buraxılıb. Lakin sonradan onlara qarşı cinayət işi açılıb.
Bir müddət sonra Musa Rahim və Babayev haqqında cinayət işləri ayrılıb. Vəkil Mustafayev bunu qanunsuz hesab edir.
Bu gün həmçinin Babayevin işi üzrə məhkəmə prosesi keçirilib. Vəkil Mustafayev iki işin bir icraatda birləşdirilməsi barədə vəsatət qaldırıb. Vəsatətə mayın 6-da baxılacaq.
İstintaqın məlumatına görə, 2012-ci il noyabrın 7-də axşam saatlarında Babayev digər AXCP fəalı Musa Rahimlə birlikdə Bakının mərkəzində ictimai asayişi pozub. Guya sərxoş vəziyyətdə olan bu iki şəxs vətəndaş Tofiq Səlimovu təhqir ediblər və ona yüngül bədən xəsarətləri yetiriblər.
Əslində isə, mülki geyimli Səlimov özünü polis əməkdaşı kimi təqdim edərək, fəallara polis bölməsinə gəlməyi təklif edib. Gənc fəallar vəsiqəsini göstərməyi tələb etdikdə o, qaçmağa başlayıb. Gənclər bu barədə yaxınlıqda olan polis əməkdaşına bildiriblər, lakin özləri saxlanılıb.
AXCP hesab edir ki, Babayev və Rahim etiraz aksiyalarında fəal iştiraka görə siyasi motivlərlə təqib olunur.