İnsident fəllar Milli Şuranın seçki plakatlarını yapışdırarkən baş verib
Oktyabrın 5-də, saat 00:20 radələrində polis AXCP Ali Məclisinin üzvü Elçin Həsənovu və fəallardan Elşəni, Adışırini, Ülvini, Mahiri saxlayıb. Onları Sumqayıt Polis İdarəsinin 1-ci polis bölməsinə aparıblar.
Elçin Həsənov saxlanan zaman deyib ki, Sumqayıtda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin plakatlarını yapışdırarkən polis onları saxlayıb.
Onun sözlərinə görə, polislər onları şərləyir və deyirlər guya içkili vəziyyətdə olduqları üçün polisə aparılırlar.
Rəsmi orqanlar fəalların saxlanma səbəbi barədə hələ məlumat vermir.