AXCP fəalının qardaşı həbs edilib

Həbs

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının fəalı Rauf Əbdurəhmanlının qardaşı Ramin Əbdürəhmanlı noyabrın 22-də saxlanılıb. Bu barədə Rauf Əbdürəhmanlı bildirib.

Qardaşının Şəkidə yaşadığını, heç bir siyasi fəaliyyətlə məşğul olmadığını, maldarlıqla dolandlığını deyən Rauf Əbdürəhmanlı onun saxlanmasını və 10 sutka inzibati cəza verilməsini əsassız sayır:

"Bu inziabti cəza əslində mənə, ailəmizə təzyiqdir", deyə R.Əbdürəhmanlı qardaşının bu il noyabrın 22-də saxlanılaraq cəza almasına münasibət ifadə edib.

R.Əbdürəhmanlı deyir ki, bu ilin iyununda özü də 30 sutkalıq cəzaya məruz qalıb: "Həmin vaxt məni iyun ayında geçə ilə Şəki polisinə təhvil verdilər və rayona apararaq 30 sutka inzibati cəza verdilər. Amma cəzanı çəkib çıxdığım gün məni Şəki Rayon Polis İdarəsində müstəntiqin yanına göndərdilər və müstəntiq dedi ki, bir də sosal şəbəkələrdə çıxış etsəm mənə qarşı cinayət işi açılacaq".

R.Əbdürəhmanlı deyib ki, 2014-cü ildə özü, 2016-cı ildə isə qardaşı işdən çıxarılıb.

R.Əbdürəhmanlının saxlanılması və inzibati cəza alması ilə bağlı rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb.

Noyabrın 22-də AXCP-nin mühacirətdəki fəalı Məhəmməd Mirəzlinin yeznəsi də onun siyasi fəaliyyəti ilə bağlı inzibati qaydada həbs edildiyini açıqlamışdı.

Həmin həbs olayı ilə bağlı rəsmi qurumlar hər hansı açıqlama verməyib.