AXCP fəalı yenidən Psixatriya Xəstəxanasına yerləşdirilib

Aqil Hümbətov və Tofiq Yaqublu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov yenidən Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixatriya Xəstəxanasına yerləşdirilib. Fəal son beş gündə ikinici dəfə Psixatriya Xəstəxanasına aparılıb.

Bu barədə Amerikanın Səsinə fəalın həyat yoldaşı Aygül Hümbətova bildirib.

SEE ALSO: AXCP fəalı psixiatriya xəstəxanasına yerləşdirilib

“Aqil bu gün, aprelin 3-də evə zəng etdi. Dedi ki, yenidən məhkəmə qurdular. Bir qadın, iki kişi üzünə durub ki, o nalayiq hərəkət edib. Sonra həkimləri də gətiriblər. Həkimlər də deyib ki, Aqilin psixi problemləri var, müalicə olunmalıdır. Yenidən məhkəmə Aqili müalicə üçün Psixatriya Xəstəxanasına göndərib. Halbuki martın 30-da Aqili Psixatriya Xəstəxanasında müalicəyə göndərən məhkəmə aprelin 2-də onun sağlam olması barədə qətnamə qəbul edib və həyat yoldaşım evə buraxılıb. Aqil həmin gün hökuməti sərt tənqid etdikdən və xəstəxanadakı acınacaqlı durumla bağlı facebook-da canlı yayımda həqiqətləri söylədikdən sonra yenidən dəlixanaya aparıldı. Belə görünür, həqiqəti söyləyən 'dəlidir.' Çox gülməlidir. Məhkəmə islahatı deyəndə bu nəzərdə tutulur? Bir gün 'dəli' qərarı çıxarır, iki gün sonra 'ağıllı,' hökuməti tənqid edəndən sonra yenidən 'dəli' qərarı çıxarır. Vallah, məhkəmənin bu qərarlarından sonra kimin 'dəli,' kimi 'ağıllı' olmasından baş çıxarmaq çox çətindir. Mən nə deyim. Ən azı özləri öz qərarlarına baxıb desin kim 'dəlidir,' kim 'ağıllı,'" Aygül Hümbətova Amerikanın Səsinə deyib.

SEE ALSO: AXCP fəalı sərbəst buraxılıb - "xəstəxanada acınacaqlı durum var"

Çox gülməlidir. Məhkəmə islahatı deyəndə bu nəzərdə tutulur? Bir gün `dəli` qərarı çıxarır, iki gün sonra `ağıllı`, hökuməti tənqid edəndən sonra yenidən `dəli` qərarı çıxarır. Vallah, məhkəmənin bu qərarlarından sonra kimin `dəli`, kimi `ağıllı` olmasından baş çıxarmaq çox çətindir. Mən nə deyim. Ən azı özləri öz qərarlarına baxıb desin kim `dəlidir`, kim `ağıllı`.
Aygül Hümbətova, müxalifət fəalının həyat yoldaşı

AXCP fəalı martın 30-da saxlanılıb və Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 1-də o, sərbəst buraxılıb. Aqil Hümbətov sərbəst buraxıldıqdan sonra Facebook-da canlı yayımda ölkə başçısına müraciət edib. O, müracitəində sərt tənqidi ifadələr işlədib. Müxalifətçi kimi durumunun ağırlığını, şərlənərək Psixiatriya Xəstəxanasına salındığını, xəstəxanada durumun acınacaqlı olduğunu bildirib.

“Xəstəxanadakı durum barədə istimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixatriya Xəstəxanasında vəziyyət çox acınacaqlıdır, antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyytədə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstlərə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstlərin sanitar qovşağı tam antisanitariyadır. Adam oraya girə bilməz. Orada virus, mənim işlədiyim zibilxanadan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada ən böyük virus, xəstəlik tüğyan edir,” Aqil Hümbətov qeyd edib.

SEE ALSO: Dünən sərbəst buraxılan AXCP fəalı yenidən saxlanılıb

Rəsmi qurumlar Hümbətovun xəstəxana barədə dediklərini təkzib edib, onun dediklərinin həqiqəti əks etdirmədiyini bildirib.

AXCP fəalı bundan öncə də saxlanılıb.

Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.