AXCP fəalı Məhəmməd İmanlının apelyasiya məhkəməsi keçirilib

Your browser doesn’t support HTML5

Fevralın 2-də Bakı Apelyasiya Məhkəməsində AXCP fəalı Məhəmməd İmanlının apelyasiya şikayətinə baxılıb. Koronavirus yaymaqda təqsirləndirilən və 1 il azadlıqdan məhrum edilən fəalın vəkili onun ayrıseçkiliyə məruz qaldığını deyir. Vəkil bildirib ki, Məhəmməd İmanlı həbsindən öncə COVID-19 daşıyıcısı olmayıb. Bunu təsdiqləyən heç bir sübut da yoxdur. İttihamın əsassız olduğunu vurğulayan vəkil fəal barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Amma vəkilin bu vəsatəti təmin edilməyib. Bu iş üzrə məhkəmə baxışı fevralın 16-na təyin edilib.