Bu gün, iyunun 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı Bakıda, Səməd Vurğun bağının qarşısındakı parkda etiraz aksiyası keçirməyə cəhd edib.
Fəallar Bakıda sərt karantin rejimi zamanı iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində sakinlərlə polis arasında yaşanan insidentə etiraz edib.
Polis aksiyanın qarşısnı alıb. Bir neçə fəal saxlanılıb.
Xatırladaq ki, iyunun 16-da da Bakıda bir qrup ictimai fəal Daxili İşlər Nazirliyinin qarşısında "Polis zorakılığına son!" şüarı ilə etiraz aksiyası keçirməyə cəhd edib.