Avşar Abbasinin dediyinə görə, şiəçilik farsçılıqla bərabər İran millətçiliyinin əsaslarından biri olub və bu sadəcə İslam Respublikası dönəminə məxsus deyil.
Your browser doesn’t support HTML5
Almaniya Darmştadt Universitetinin araşdırmaçı alimi Amerikanın Səsinə söhbətdə son vaxtlar İran qəzetlərinin “anti-türk propaqandası”, həmçinin islahatçıların dil hüquqlarına münasibətini dəyərləndirib.
Rza Xan və yanındakı insanların dövlət-millət yaratmaqda düşüncələri türk və ərəb düşmanlığı təməlində olub.
Avşar Abbasinin dediklərinə görə, “Rza Xan və yanındakı insanların dövlət-millət yaratmaqda düşüncələri türk və ərəb düşmənçiliyi təməlində olub. İçəridə yeni qurulan İranın formalaşmasında farsçılıq və şiəçilik əsas alındı.”
Onun sözlərinə əsasən, Pəhləvilər dönəmindən bəri durum və şərtlərə görə, İran millətçiləri bəzən farsçılığı, bəzən də şiəçiliyi daha çox önə çıxarıblar.
“Son zamanlar şiəçiliyin rənginin azaldığı üçün farsçılıq ən yüksək nöqtəsinə çatmışdır. Bunun şəraiti də Rza Xan dönəmindən bəri hazırdır,” deyə Abbasi son aylarda baş verən hücumları dəyərləndirir.
Avşar Abbasi deyir, “indi də Yunesi və digər islahatçıların bu istiqamətdə istifadə etdikləri mənbələr Pəhləvilər dönəmində kimlik inşası əsasında hazırlanan və yazılan uydurmalardır. Bütün cəhdləri xalqı türkcənin yabancı bir dil olduğuna inandırmaqdır. Kimlik dəyişdirmə yönündə söylədikləri yalanlar hər gün yeni bir rəng alır.”
İslahatçı adlanan şəxslərin ‘milliyyətçi dindarlar’ və pan-İranistlər ilə sıx əlaqələri vardır. Anti-türk propaqanda bu əlaqələrdən çıxmasın da haradan çıxsın?
O, əlavə edir, “bir gün deyirlər siz türk deyilsiniz. Yaxşı biz nəyik dediyimizdə, deyirlər, siz azərisiniz. Amma azəri adlandırmasının da elmi bir araşdırma nəticəsində ortaya çıxmadığı üçün yalanları ortaya çıxır. İndi dönüb deyirlər, siz bu gün türksünüz, amma keçmişdə azəri idiniz, moğullar gəldi və sizi türk etdi.”
Avşar Abbasi “anti-türk propaqandanın” daha çox islahatçılara mənsub media tərəfindən həyata keçirilməsinin təsadüfi olmadığını önə çəkir:
“Muhafizəkarlar ilə pan-İranist qüvvələr arasında çox bağ yoxdur. Amma islahatçı adlanan şəxslərin ‘milliyyətçi dindarlar’ və pan-İranistlər ilə sıx əlaqələri vardır. Anti-türk propaqandası bu əlaqələrdən çıxmasın da, haradan çıxsın?”