Avtonom nəqliyyatlar taksi bazarına daxil olur

Your browser doesn’t support HTML5

Alphabet-in Waymo şirkəti avtonom nəqliyyat vasitələri sahəsində 10 il davam edən bahalı araşdırmalardan sonra dekabrın beşi özü idarə olunan taksi xidmətini təqdim edib.

2016-cı ildən etibarən bu cür texnologiyaları sınaqdan keçirən şirkət artıq Finiks şəhərinin ətrafında yerləşən və təxminən 160 kmlik ərazini əhatə edən Çandler, Tempe, Mesa və Gilbert şəhərlərində sürücüsüz taksi xidmətinin istifadəsinə başlayıb.

"İlk gəzinti möhtəşəm idi. İçəri daxil olursan, oturursan və sükanın öz-özünə hərəkət etməsini izləyirsən. Bütün yol boyu gülümsəmişəm. Təhlükəsizlik sürücüsünə baxırsan və başa düşürsən ki, avtomobili o, idarə etmir. İnanın, bu indiyə qədər gördüyüm ən maraqlı hadisə idi" - deyə, ilk müştərilərdən olan Aleks Hofman bildirib.

Gəlir əldə etməyə başlamaq Waymo şirkətini özü idarə olunan taksi xidmətini yaratmağa çalışan, lakin hələ də bazara məhsul çıxara bilməyən General Motors və Uber kimi əsas rəqiblərindən önə atır. Şirkətlərin hər biri müştəri qazanmaq və texnologiyanı inkişaf etdirmək üçün milyardlarla dollar maliyyə toplamaq üçün yarışır.

Waymo One adlanan bu xidmətdən istifadə etmək üçün müştərilər xüsusi tətbiqetməni yükləməli, burada özünün və kredit kartının informasiyalarını əlavə etməlidir. Gözlənilməz hadisələrə müdaxilə etmək üçün sükanın arxasında sürücü də olacaq.

Texniki çətinliklər isə hələlik problem olaraq qalır. Ötən həftə Reuters tərəfindən test edilən Waymo One taksisinin yavaş və ləng olduğunu görmək olur. Müştərilər xidmətdən istifadə etməyə davam etdikcə yeniliklər bu qüsurları aradan qaldıracaq. Ölkə daxilində tənzimlənmələr bu sənayenin sürətlə genişlənməsinə maneə olan vacib amildir.

"Mən heç bir maneə ilə qarşılaşmadım. Avtomobil yoldakı sürətlə ayaqlaşırdı və hara getdiyini də bilirdi. İçəridə hər zaman lazım olanda dayanmaq və ya davam etmək üçün sürücü olur. Ancaq heç bir problemlə qarşılaşmadım" - deyə, Finiks sakini Qeri Mörfi bildirib.

Waymo şirkəti Arizona yollarında nə qədər özü idarə olunan avtomobilin olduğunu bildirməyib. 24 saat açıq olacaq bu xidmət ilkin mərhələdə yalnız ötən il xüsusi dəvətlə qeydiyyatdan keçmiş yüzlərlə insana xidmət göstərəcək. Hazırda bu taksi xidmətinin qiyməti Uber və Lyft təxminən eynidir. 5 kmlik və 15 dəqiqəlik səfər üçün 7 dollar 59 sent tələb olunur.

Şirkət on ildən çoxdur ki, sürücüsüz avtomobillər üzərində testlər aparır. Bu müddət ərzində ABŞ-ın 25 şəhərində olmaqla, 600 avtomobil 10 min mildən çox yol qət edib.

Alphabet şirkəti ümumi investisiyanı açıqlamasa da, sənaye ekspertləri bu məqləğin 1 milyarda dollardan çox olduğunu düşünür.